Barselonada Qəzzaya dəstək mitinqi | FOTO

Barselonada Qəzzaya dəstək mitinqi    | FOTO
  05 Oktyabr 2025    Oxunub:645
Barselonada minlərlə insan Qəzzaya dəstək üçün küçələrə çıxıb. Aksiyanın başlamasına səbəb “Sumud donanması”nın ətrafında yaranmış vəziyyət olub.
Xatırladaq ki, “Sumud donanması” aksiyasının təşəbbüskarları Qəzza zolağına humanitar yardım apardıqlarını desələr də, İsralin hərbi qüvvələri onlara imkan verməyib.


Mitinqin iştirakçıları atəşin dayandırılmasını və münaqişənin dinc yolla həllini tələb ediblər. “El Pais”in məlumatına görə, həmkarlar ittifaqları və ictimai təşkilatlar da mitinqə qoşulublar.

Qarşıdakı günlərdə aksiyaların davam edəcəyi bildirilib.

Tariyel


Teqlər: Qəzza   İspaniya  



Xəbər lenti