Yaponiyanın öz “Tetçeri” olacaq

Yaponiyanın öz “Tetçeri” olacaq
  05 Oktyabr 2025    Oxunub:693
64 yaşlı Sanae Takaiti Yaponiyanın iqtidar partiyasının yeni lideri seçilib. Bu o deməkdir ki, ilk dəfə ölkədə qadın baş nazir ola bilər.
Hazırkı baş nazir Siqeru İsibanin varisinin seçilməsilə bağlı səsvermə parlamentdə oktyabrın 15-də keçiriləcək.

“Financial Times” yazır ki, təcrübəli siyasətçi olan Sanae Takaiti qatı mühafizəkər xəttin tərəfdarı olması ilə seçilir. Onun Britaniyanın keçmiş baş naziri, “dəmir ledi” Marqaret Tetçerə xüsusi rəğbəti var.

Əvvəllər xanım Takaiti bir neçə nazir vəzifəsində çalışıb. O, mərhum Sindzo Abenin “Abekonimoka” adlanan iqtisadi xəttinin tərəfdarıdır.

Tariyel
AzVision.az


Teqlər: Yaponiya  



Xəbər lenti