Gürcüstana çevriliş üçün silah gətirən dəstə yaxalanıb

   Gürcüstana    çevriliş üçün silah gətirən    dəstə yaxalanıb
  05 Oktyabr 2025    Oxunub:781
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat məlumatı əsasında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində xeyli sayda odlu silah, döyüş sursatı və detonatorlu partlayıcı maddələr aşkar edilib.
Gürcüstan Dövlət Təhlükəsizlik xidmətinin yaydığı məlumatda bildirilir ki, Ukraynada fəaliyyət göstərən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. çoxlu sayda odlu silah, sursat və partlayıcı maddələr alıb. Oktyabrın 4-də mütəşəkkil dəstə zorakı yolla Tbilisidə Prezident Sarayını ələ keçirməli, eyni zamanda paralel olaraq, sözügedən sursatlardan istifadə edilməklə təxribatlar həyata keçirilməli idi.

DTX əməkdaşlarının həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində, sözügedən döyüş sursatı və partlayıcı maddələri Tbilisinin mərkəzinə çatdırmalı olan dəstənin bəzi üzvləri zərərsizləşdirilib.

Xüsusi anbarda tapılan odlu silah, döyüş sursatı və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilibmiş.

B.Ç.-nin əmri ilə detonatoru işə sala biləcək pult düzəldən şəxs də müəyyən edilərək DTX-yə gətirilib və onunla bağlı istintaq hərəkətləri aparılır.


Teqlər: Gürcüstan  



Xəbər lenti