“Onlar artıq dəniz yolu ilə gəlmirlər, ona görə də biz quruya diqqət yetirməliyik, çünki onlar quruya köçmək məcburiyyətində qalacaqlar. Sizə deyim ki, bu, onlar üçün yaxşı bitməyəcək”, - Amerika lideri ABŞ Hərbi Dəniz qüvvələrinin (HDQ) Atlantik Donanmasının Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasında xidmətin 250-ci ildönümü ilə bağlı çıxışında deyib.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, amerikalı hərbçilər ABŞ-nin narkotik daşıdığına inandığı daha bir qayığa zərbə endirib.
- Bu qayıqların hər biri 25 min amerikalının ölümünə və onların ailələrinin məhvinə görə məsuliyyət daşıyır. Məsələyə bu cür yanaşsaq, deməli, biz yaxşı bir işlər görürük və dünən gecə daha belə bir iş görmüşük”, - Donald Tramp vurğulayıb.
|
| Maduro ABŞ ilə müharibəyə hazırlaşır |
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Ağ Evin rəhbəri bildirib ki, ordu prezident Nikolas Maduronun rəhbərliyi altındakı Venesuela narkotik kartelləri ilə əlaqəsi iddia olunan gəmilərə hücumları davam etdirəcək.
Amerika mediası ABŞ-nin yaxın bir neçə həftə ərzində Venesuelada narkotik kartelinin hədəflərini vurmağa başlaya biləcəyini yazıb.
Venesuela prezidenti Nikolas Maduro, öz növbəsində, ABŞ-nin silahlı hücumu olacağı təqdirdə, ölkədə fövqəladə vəziyyət elan edən fərman imzalayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


