Makron AK sədrinin təklifinə kinayə edib

Makron AK sədrinin təklifinə kinayə edib
  06 Oktyabr 2025    Oxunub:721
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) Kopenhagendə keçirilən sammitində Avropa Komissiyasının (AK) sədri Ursula von der Lyayenə və onun “dron divarı” təşəbbüsünü məsxərəyə qoyub.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin məlumatına görə, müzakirələr zamanı Fransa lideri Emmanuel Makron xüsusilə sərt olub.

“Mən bəzən həddindən artıq ümumi terminlərə ehtiyatla yanaşıram. Avropalılar üçün “dəmir qübbə”lər və ya “dron divarları” mövcuddurmu? Əslində hər şey daha mürəkkəbdir”, - Makron AK sədrinin təklifinə münasibət bildirib.

Qəzet yazır ki, münaqişə “dron divarı” adlanan ideya əsasında yaranıb, çünki Makron və bəzi digər Avropa liderləri buna böyük inamsızlıq sərgiləyirlər. Makron və digər liderlərin əsas iddiası Ursual fon der Lyayenin ideyasının İsrailin “dəmir qübbəsi”nə bənzər tam qorunma təəssüratı yaratmaq riski ilə bağlıdır. Belə ki, əslində “dəmir qübbə” İsrailin HƏMAS hücumlarından təhlükəsizliyi təmin edə bilməyib. Buna görə də, Fransa lideri çıxışında AK sədrinin təkilfini məsxərəyə qoyub.

- Aİ-nin bəzi liderlərinin Danimarka paytaxtında reaksiyası Baltik dənizi qədər soyuq idi”, - “FT” obrazlı şəkildə vurğulayır.

Xatırladaq ki, oktyabrın 1-dən 2-dək pilotsuz təyyarələrlə bağlı insidentlərin müzakirə edildiyi Kopenhagendə Aİ-nin qeyri-rəsmi sammiti baş tutub.Tədbirdə “İtitfaqın hava məkanının pozulması”na mümkün cavab tədbirləri müzakirə olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Lyayen   kinayə  



Xəbər lenti