ABŞ yük maşınları idxalına rüsum irəli sürür

 ABŞ yük maşınları idxalına rüsum irəli sürür
  07 Oktyabr 2025    Oxunub:817
ABŞ hökuməti noyabrın 1-dən etibarən digər ölkələrdən gətirilən bütün orta və ağır yük maşınları üçün gömrük tarifi müəyyənləşdirəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" hesabında məlumat yayıb. Diqqətə çatdırıb ki, hökumət yük maşınlarının idxalından 25% rüsum alacaq. O bu qərarını hələ sentyabrın 25-də açıqlamışdı.

Məlumat üçün bildirək ki, Meksika ABŞ-yə orta və ağır yük maşınlarının ən böyük ixracatçısıdır. Cari ilin yanvar ayına aid statistikaya əsasən, adıçəkilən ölkədən ABŞ-yə gətirilən həmin növ maşınların sayı 2019-cu ildən bəri 3 dəfə artaraq hazırda təxminən 340 minə çatıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   yük-maşını   rüsum  



Xəbər lenti