İranda yeni neft-qaz yatağı aşkarlanıb

   İranda yeni neft-qaz yatağı aşkarlanıb
  07 Oktyabr 2025    Oxunub:960
İranın Fars ostanının (əyalət) cənubundakı "Pazan" yatağında 10 trilyon kub fut həcmində yeni neft və qaz ehtiyatları üzə çıxarılıb.
Bu barədə İranın neft naziri Möhsün Paknejad yerli mətbuata açıqlamasında məlumat verib. O vurğulayıb ki, bu kəşf ölkənin gələcəkdə mümkün enerji balanssızlığını qaydaya salmağa böyük töhfə verəcək.

"Pazan" yatağında kəşfiyyat işləri, 8 ildir ki, dayandırılmışdı. Bu yaxınlarda ikinci kəşfiyyat quyusunun qazılması yekunlaşdırıldı. Beləliklə, mühüm nailiyyətə çatdıq", – nazir söyləyib.

Nazirin verdiyi məlumata əsasən, yeni neft-qaz yatağının işlənməsi üzrə lazımi müqavilə imzalanıb. Hasilata 40 ay ərzində başlanacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   neft   qaz   kəşf  



Xəbər lenti