Aİ rusiyalı diplomatların hərəkətini məhdudlaşdırır
- Aİ paytaxtlarında işləyən Rusiya diplomatlarından ev sahibi olan ölkənin sərhədlərini keçməzdən əvvəl digər hökumətləri planlaşdırdıqları səfərlər barədə məlumatlandırmaları tələb ediləcək. Macarıstan bu fikrə qarşı çıxsa da, sonradan vetosunu aradan qaldırdı”, - danışıqlardan məlumatlı olan iki mənbə nəşrə bildirib.
Çexiyanın Xarici İşlər naziri Yan Lipavski bildirib ki, Aİ Vyana Konvensiyasına uyğun olaraq qısamüddətli diplomatik vizalar verərkən qarşılıqlılıq prinsipinə ciddi əməl etməlidir.
- Rusiya üçün Şengen zonası mövcud deyil, ona görə də İspaniyada akkreditə olunmuş rus diplomatının istədiyi vaxt Praqaya gələ bilməsinin mənası yoxdur”, - Lipavski vurğulayıb.
Avropanın kəşfiyyat xidmətlərinin məlumatına görə, “Rusiya casusları” özlərini diplomat kimi qələmə verir və nəzarətdən yayınmaq üçün tez-tez olduqları ölkələrindən kənarda “aktivləri və ya əməliyyatları idarə edirlər”.
“Onlar bir yerə yerə ezam olunur, başqa yerdə isə işləyirlər. Ev sahibi olan ölkənin kəşfiyyat xidmətləri nə etdiklərini bilir, lakin onlar sərhədi keçsələr, həmin ölkənin ruslara nəzarət etməsi çətinləşir”, - Aİ-nin yüksək vəzifəli diplomatı deyib.
Rusiyanı Avropa hava limanları yaxınlığında pilotsuz təyyarələrin buraxılmasına görə ittiham edən ilk ölkə Almaniya olub. Almaniyanın hakimiyyət orqanları bu cür əməliyyatların məqsədinin casusluq və sabitliyi pozmaq olduğunu iddia edir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Aİ Rusiya diplomatlar







Vaxtında, Aydın, Lazımlı!


