Suriyada seçkilərin ilkin nəticələri açıqlanıb

Suriyada seçkilərin ilkin nəticələri açıqlanıb
  07 Oktyabr 2025    Oxunub:1132
Ötən həftəsonu Suriyanın yeni keçid parlamentinə seçkilərdə qadınların və dini azlıqların təmsilçiliyinin aşağı olub.
AzVision.az xəbər verir ki, parlament seçkilərinin ilkin nəticələri barədə oktyabrın 6-da açıqlanan məlumat bunu sübut edir.

Qeyd edək ki, bu, ötən ilin sonunda Bəşər Əsədin devrilməsindən sonra ölkədə keçirilən ilk seçkilərdir. Yeni parlamentin yeni daimi konstitusiya qəbul edilənə və ümumi seçkilər keçirilənə qədər fəaliyyət göstərəcəyi gözlənilir.

Xalq Məclisinin (parlament) 210 deputatından 140-nı seçicilər kollegiyası dolayı yolla seçir, qalan parlamentariləri isə müvəqqəti prezident Əhməd əl-Şaraa təyin edir.

Oktybarın 5-də keçirilən səsvermə zamanı parlamentin 119 üzvü müəyyənləşib, 21 yer isə boş qalıb. Suriya lideri bu həftə daha 70 parlamentarini təyin etməyi planlaşdırır.

Yeni parlamentin tərkibinə 6 qadın daxil olub. Yerli seçki komissiyası əvvəllər bildirmişdi ki, 1500-dən çox namizədin 14%-i qadınlardırr.

Yeri kürdlər, xristianlar da daxil olmaqla dini və etnik azlıqların nümayəndələri parlamentdə 10 mandat qazanıblar. Onlardan ikisi devrilmiş prezident Bəşər Əsədin tərəfdarları olan ələvilərin təmsilçisidir.

“Seçilmiş 119 üzvdən yalnız 4%-i qadındır. Bu rəqəm qadınların Suriya cəmiyyətindəki mövqeyini və onların siyasi, iqtisadi və sosial həyatdakı rolunu əks etdirmir”, - Suriyanın Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Navar Nəcmə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin qaliblər arasında yalnız iki xristianın olduğuna diqqət çəkərək “Suriyadakı xristianların nisbəti nəzərə alındıqda, təmsilçiliyi zəif” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   seçkilər   nəticələr  



Xəbər lenti