Fransa baş nazirinin iqamətgahı yanında partlayış olub | VİDEO

Fransa baş nazirinin iqamətgahı yanında partlayış olub    | VİDEO
  07 Oktyabr 2025    Oxunub:670
Parisdə Fransa baş nazirinin iqamətgahı olan Matinyon sarayının yaxınlığında yük maşını yanıb. Hadisə zamanı həmçinin partlayış səsi də eşidilib.
AzVision.az “Le Parisien” nəşrinə istinadən bildirir ki, partlayış baş verən zamanı dünən hökumət başçısı vəzifəsindən istefa vermiş Sebastyan Lekornyu mərkəzi blokdan olan siyasətçi həmkarları ilə görüş keçirməli idi.

Açıqlanan məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın qonşu tikililərə keçməyib. Yanğın zamanı qatı tüstü yaranıb, avtomobilin ətrafında təhlükəsizlik perimetri yaradılıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paris   maşın   yanğın  



Xəbər lenti