Cabarov: "Bakını anti-Rusiya mövqeyində təqsirləndirməyək"
"Təmkinlə gözləyirik. Əlaqələr mütləq gec-tez yenidən canlanacaq. Azərbaycanı "Asiyanın dərinliklərində" görməzlikdən gələ bilmərik. Qonşuluq münasibətlərini qorumağa məcburuq, çünki ölkələrimizin, həqiqətən də, ortaq cəhətləri çoxdur", - o deyib.
Vladimir Cabarov həmçinin söyləyib ki, Cənubi Qafqazda sabitliyin qurulmasında "Rusiyanın rolu əsasdır". Onun iddiasına görə, "Moskvanın iştirakı olmadan" Azərbaycan və Ermənistan arasında problemlərin öz həllini tapması çətindir.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya Azərbaycan münasibətlər







Vaxtında, Aydın, Lazımlı!


