Avropa müdafiə xərclərini 2,5 trilyon avroya çatdıracaq

   Avropa müdafiə xərclərini 2,5 trilyon avroya çatdıracaq
  08 Oktyabr 2025    Oxunub:875
Avropa İttifaqı 2030-cu ilədək silah-sursat, o cümlədən pilotsuz uçuş aparatları (PUA) və müdafiə sistemləri istehsalına 2,5 trilyon avro xərcləməyi planlaşdırır.
Bu barədə müdafiə və kosmos işləri üzrə Avropa komissarı Andryus Kubilyus Avropa Parlamentində (AP) naməlum PUA-larla əlaqəli insidentlərə dair dinləmələrdə məlumat verib. Vurğulayıb ki, Avropa İttifaqının (Aİ) müdafiə ehtiyacları üçün vurğulanan məbləği ayırmaq imkanı var. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin bir hissəsinin də bu məqsədlə işlədilməsi mümkündür.

Maraqlıdır ki, oktyabrın 1-də Aİ ölkələri Kopenhagendə keçirilən sammitdə sözügedən aktivlərinin müsadirəsi üzrə planda razılığa gələ bilməyiblər. Rusiyanın belə bir hərəkətə reaksiyasından ehtiyatlanan Belçika təklifə qarşı çıxıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   müdafiə-xərcləri  



Xəbər lenti