Rusiyanın böyük neft emalı zavoduna hücum olub

Rusiyanın böyük neft emalı zavoduna hücum olub
  09 Oktyabr 2025    Oxunub:1145
Oktyabrın 9-na keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Volqoqrad vilayətinə zərbələr endirib.
AzVision.az xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov vurulan dronların qalıqlarının düşməsi nəticəsində Kotovsk rayonundakı yanacaq-energetika obyektlərində bir neçə yanğın baş verib.

“Hazırda yanğınsöndürənlər yanğınları yerində söndürmək üçün çalışırlar”, - deyən Boçarov, bununla belə, hücum zamanı hansı müəssisələrə ziyan dəydiyini dəqiqləşdirməyib.

Yerli sakinlər “Lukoyl” şirkətinə məxsus və Rusiyanın Cənub Federal Dairəsində ən böyük təbii qaz emalçısı olan Korobkovski zavodunda yanğın baş verdiyini bildirirlər.

Kiyev Rusiyaya qarşı xüsusi əməliyyat hazırlayır
Bunu NASA-nın yanğına nəzarət sisteminin məlumatları da təsdiqləyir. Peyk görüntüləri həmçinin Volqoqrad vilayətində “Transneft-Privolqa” səhmdar cəmiyyətinin infrastrukturuna aid “Yefimovka” neft-nasos stansiyasında yanğının baş verdiyini göstərir.

“Rosaviatsiya”nın məlumatına görə, ötən gecə Volqoqrad hava limanında uçuşlara məhdudiyyətlər qoyulub, lakin indi onlar aradan qaldırılıb.

Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, ötən gecə hava hücumundan müdafiə (HHM) sistemlərinin Ukraynanın 19 PUA-sının məhv edildiyini açıqlayıb. Məlumata görə, onlar Volqoqrad, Bryansk, Kursk, Belqorod, Voronej, Oryol və Saratov vilayətləri üzərində vurulub.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Rusiyaya qarşı xüsusi əməliyyatlar planlaşdırdığının anonsunu verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   zərbələr  



Xəbər lenti