ISW: “Putin Ukraynanın tükənməsinə ümid edir”

 ISW:  “Putin Ukraynanın tükənməsinə ümid edir”
  09 Oktyabr 2025    Oxunub:1171
Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukrayna və Qərblə qarşıdurmaya tab gətirmək iqtidarında olduğunu iddia edən “tükəndirici müharibə”də qalib gəlmək konsepsiyasına sadiq qalır.
AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Öyrənilməsi institutunun (ISW)” hesabatında belə deyilir.

ISW-nin analitiklərinin fikrincə, Rusiya lideri öz ölkəsinin qələbəsinə həqiqətən də əmindir və Ukraynanın tam məğlubiyyətinə ümid edir.

“Putinin bu məqsədə çatmağa və Qərblə üz-üzə durmağa yönəlmiş strategiyası özünəməxsus qaydaları ilə “tükəndirici müharibə” konsepsiyasına əsaslanır. Bu tip münaqişə uzun müddət ərzində resursları, iqtisadi potensialı və mənəviyyatı qoruyub saxlamaq imkanı nəzərə alınmaqla, yaşamaq uğrunda mübarizədir”, - hesabatda vurğulanır.

İnstitutun ekspertləri bildirirlər ki, Rusiya lideri işğal olunmuş ərazilərdə yanacaq qıtlığı və qiymətlərin artması fonunda Ukraynanın neft emalı zavodlarına genişmiqyaslı hücum kampaniyasını etiraf edib.

Xatırladaq ki, sülh yolu ilə həll istiqamətində son mühüm addım Vladimir Putinin Amerikalı həmkarı Donald Trampla Alyaskada görüşü olub. Lakin Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov oktyabrın 8-də bəyan edib ki, həmin görüş zamanı ortaya çıxan təşəbbüs Avropa ölkələrinin hərəkətləri ucbatından xeyli zəifləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   tükənmə  



Xəbər lenti