Tramp İsrailə gedir

   Tramp İsrailə gedir
  09 Oktyabr 2025    Oxunub:1407
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs fonunda bazar günü İsrailə səfərə yollanacaq.
İsrail hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi ölkənin "The Times of Israel" xəbər saytına açıqlamasında söyləyib ki, səfərə hazırlıq üzrə lazımi müzakirələr aparılır. Məlumata görə, Donald Tramp İsraildə çox qısa müddətdə – təqribən 8 saat qalacaq, səfər çərçivəsində atəşkəslə əlaqədar bir sıra tədbirə qoşulacaq.
HƏMAS: "İsrail Ordusu sabah Qəzzadan çəkiləcək" | VİDEO

Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   səfər   atəşkəs  



Xəbər lenti