Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub

Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub
  09 Oktyabr 2025    Oxunub:901
Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə - olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti