Uşakov: "Kreml Trampı dəstəkləməyə hazırdır"

      Uşakov:    "Kreml Trampı dəstəkləməyə hazırdır"
  10 Oktyabr 2025    Oxunub:1597
Rusiya ABŞ prezidenti Donald Trampın Nobel Sülh mükafatını almasını dəstəkləyərdi.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə bəyanat səsləndirib.

“Əgər bizdən soruşsaydılar, düşünürəm ki, indi bunu dəstəkləyərdik. Kiyevə uzaqmənzilli “Tomaqavk” raketləri verəcəyi təqdirdə Ukraynanın Trampı Nobel mükafatına namizədliyini dəstəkləməyə hazır olması barədə bəyanatı isə çox təəccüblüdür”, - Vladimir Putinin köməkçisi deyib.

Xatırladaq ki, oktyabrın 9-da Ukrayna prezidenti Volodimir Zelenskiyə istinad edən “Politico” nəşri Kiyevin Trampın Nobel mükafatına layiq görülməsini “Tomaqavk” raketləri ilə əlaqələndirdiyini yazıb.

- Müharibəyə son qoymaq planı asan olmayacaq, lakin bu, şübhəsiz ki, irəliyə doğru yoldur. Əgər Tramp dünyaya, xüsusən də Ukrayna xalqına belə bir atəşkəs şansı verərsə, bəli, onun Nobel Sülh mükafatına namizədliyi irəli sürülməlidir. Biz onu Ukrayna adından irəli sürürük”, - Zelenski jurnalistlərə sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Trampla görüşündən danışarkən deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kreml   Tramp   Nobel  



Xəbər lenti