Qəzzalılar öz evlərinə qayıdırlar | VİDEO

 Qəzzalılar öz evlərinə qayıdırlar |    VİDEO
  10 Oktyabr 2025    Oxunub:1047
Qəzza zolağında imzalanmış atəşkəs üzrə İsrail hərbçilərinin razılaşdırılmış mövqelərə çəkilmələri fonunda fələstinlilər öz yurdlarına qayıtmağa başlayıblar.
Bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb. Bildirilib ki, yerli sakinlər əsasən zolağın cənubundan mərkəzi hissəsinə, o cümlədən Xan-Yunisə qayıdırlar. Şimalda isə İsrail Ordusunun hərbi əməliyyatı hələ başa çatmadığı üçün həmin istiqamətdə hərəkət qadağandır.
Almaniya Qəzzaya 30 milyonluq yardım göndərəcək

Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   köçkünlər   qayıdış  



Xəbər lenti