Roma Papası: "Müqəddəs torpaqda ümid qığılcımı yaranıb"
“Sülh prosesinin başlanmasına dair atəşkəs razılaşması müqəddəs torpaqda ümid qığılcımı yaratdı. Bütün tərəfləri İsrail və Fələstin xalqlarının qanuni istəklərinə hörmət edən ədalətli və davamlı sülhə doğru müəyyən etdikləri yolu cəsarətlə irəliləməyə çağırıram. İki il davam edən qarşıdurma hər yerdə, xüsusən də övladlarını, ailələrini, dostlarını və hər şeyini itirmiş insanların qəlbində ölüm və dağıntılar buraxdı”, - deyə katoliklərin ruhani lideri bildirib.
Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin isə deyib ki, iki dövlətli həll xalqlar arasında problemlərin və münasibətlərə kömək edə biləcək yeganə yoldur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


