Qəzzada ilk 7 əsir BQXK-yə təhvil verilib

   Qəzzada ilk 7 əsir BQXK-yə təhvil verilib
  13 Oktyabr 2025    Oxunub:1353
Qəzza zolağında qüvvəyə minmiş atəşkəs fonunda Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının burada əsir saxladığı İsrail vətəndaşlarının azadlığa buraxılmalarına başlanıb.
"The Times of Israel" xəbər saytının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, ilk 7 əsir Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən zolaqdan təhvil alınıb. İsrail Ordusunun mətbuat xidməti də bu faktı təsdiqləyib.

Hazırda əsirlər İsrailin Reim şəhərindəki hərbi düşərgəyə aparılırlar. Burada onlar müayinələrdən keçiriləcək, öz ailələri və yaxınları ilə görüşəcəklər.

Qəzza zolağında qalan digər 13 əsirin də gün ərzində azadlığa çıxarılacağı diqqətə çatdırılıb.
Qəzzalılar öz evlərinə qayıdırlar | VİDEO

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri də gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   Qəzza   atəşkəs   əsirlər   azadlıq  



Xəbər lenti