“Böyük Britaniyanın Maliyyə naziri Reyçel Rivs Rusiyanın enerji gəlirlərini azaltmaq və onun xarici aktivlərə çıxışını məhdudlaşdırmaq üçün G7 və Avropa İttifaqının (Aİ) birgə səy göstərmələrini istəyir. Nazirlərin oktyabrın 15-də Avropa Komissiyasının (AK) Rusiya vəsaitlərindən istifadə etməklə Ukraynaya 140 milyard avroluq “təzminat krediti” ayırmaq planları barədə müzakirə aparacaqları gözlənilir”, - agentlik yazır.
|
| Brüssel öz qırmızı xəttlərini çəkib |
Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin əksəriyyəti – 200 milyard avrodan bir qədər çoxu – Belçikadakı “Euroclear” mərkəzində bloklanıb.
Belçikanın baş naziri və “Euroclear” dəfələrlə həmin vəsaitlərin müsadirəsinə qarşı çıxaraq, bunun Rusiyanın dünyanın digər yerlərində Avropa və ya Belçika aktivlərini hüquqi prosedurlar vasitəsilə ələ keçirməsinə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.
Belçikanın baş naziri Barta de Vever Rusiya aktivlərindən istifadə planının bir hissəsi kimi Aİ ölkələrindən hüquqi təminatlar və risklərin bölüşdürülməsi mexanizmi yaradılmasını tələb edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


