Polşa: “Rusiya ilə müharibə vəziyyətindəyik”

      Polşa:    “Rusiya ilə müharibə vəziyyətindəyik”
  13 Oktyabr 2025    Oxunub:1344
Moskvanın Avropada təxribat, dron insidentləri və kiberhücumlarını nəzərə alsaq, Polşa Rusiya ilə hərbi münaqişə vəziyyətindədir.
AzVision.az xəbər verir ki, Polşanın Milli Təhlükəsizlik Bürosunun (BBN) rəhbəri Slavomir Tsentskeviç Rusiyaya qarşı irəli sürülən ittihamlar fonunda “Financial Times” qəzetinə müsahibəsində belə deyib.

“Kiberməkana baxsaq, Polşa indi Rusiya ilə müharibə vəziyyətindədir, bu, artıq təhlükə deyil. Avropa İttifaqı (Aİ) ölkələrindəki hibrid hücumları – onların hava məkanına pilotsuz təyyarələrin daxil olmasından tutmuş su sistemləri və digər kritik infrastrukturu sındırmaq cəhdlərinə qədər – təxribatçılar kriptovalyuta ilə ödəyirdi”, - Tsentskeviç bildirib.

Onun sözlərinə görə, belə ödəniş üsulu kəşfiyyat orqanlarından maliyyə axınlarını gizlətməyə imkan verir.

Nümunə kimi BBN-in rəhbəri 2023-cü ildə Rusiyanın Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) ifşa olunan casus şəbəkəsini göstərib. Həmin vaxt Polşada 10-dan çox Ukrayna və Belarus vətəndaşı Rusiyaya casusluq ittihamı ilə həbs olunmuşdu.

Polşanın Daxili Təhlükəsizlik agentliyinin məlumatına görə, Ukraynaya silah daşınmasına nəzarət edən həmin casuslar “Polşa-Ukrayna münasibətlərini pozmaq” məqsədi ilə təbliğat aparmalı idilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Rusiya   müharibə  



Xəbər lenti