Tramp: “Bu gün Yaxın Şərqdə sakitlikdir”

      Tramp:    “Bu gün Yaxın Şərqdə sakitlikdir”
  13 Oktyabr 2025    Oxunub:1239
Hazırda fələstinlilər və regional tərəfdaşlar münaqişədən sonra Qəzzanın bərpasına diqqət yetirməlidirlər.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrail Knessetində (parlament) İsrail-HƏMAS sülh razılaşması ilə bağlı çıxışı zamanı deyib.

ABŞ-nin öz tərəfindən bərpaya kömək edəcəyini açıqlayan Tramp digər ölkələri də onun planlarına qoşulmağa çağırıb. Ağ Evin rəhbəri bu tərəfdaşlar qrupunu “Sülh Şurası” adlandırmağı təklif edib.

- Mən bu işlərdə tərəfdaş olmaq niyyətindəyəm. Biz kömək etməyə hazırlaşırıq”, - Amerika lideri vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar indi qalaların tikintisinə deyil, Qəzzada infrastrukturun qurulmasına diqqət yetirməli, bölgəyə silah göndərmək əvəzinə, məhsul və texnologiya tədarükünü təşkil etməlidirlər.

Bu kontekstdə, Donald Tramp öz administrasiyasının İsrail rəhbərliyi ilə hərbi ortaqlığı barədə zarafat da edib.

“Binyamin Netanyahunun istədiyi bəzi Amerika silahları barədə heç eşitməmişəm də. Bibi (Binyamin Netanyahu) dəfələrlə gəlib. Bu silahı bizə verə bilərsinizmi? Yoxsa onu? Yoxsa bunu? Hətta bəzilərini, ola bilər ki, istehsal etsəm belə, bəzilərinin adını heç vaxt eşitməmişəm də”, - Amerika lideri zarafatla deyib.

ABŞ prezidenti “yeni Yaxın Şərq üçün tarixi çiçəklənmə” dövrünün bərqərar olduğunu iddia edib.

- Biz ən böyük diplomatik nailiyyətlərimizdən birinin astanasındayıq. Neçə illər davam edən müharibə və təhdidlərdən sonra bu gün regionda sülh hökm sürür”, - Amerika lideri vurğulayıb.

Tramp: “Qəzzada müharibə bitib” | Yenilənib-VİDEO
Tramp həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar müharibə başlatmağı planlaşdırmır. Amma bunu etsə, belə müharibəni indiyə qədər heç kimin qalib gəlmədiyi şəkildə udacaq. Özü də bu halda Vaşinqton siyasi cəhətdən korrketli şəkildə davranmayacaq. Lakin ABŞ belə nöqtəyə çatmaq fikrində deyil.

O, Birləşmiş Ştatların heç vaxt öz arsenalındakı ən güclü silahlardan istifadə etməli olmayacağına ümid etdiyini bildirib. Amma lazım gələrsə, ABŞ “nə lazımdırsa edəcək”.

Qrafikdən çıxdığına və İsrailə səfərinin planlaşdırılandan çox uzandığına diqqət çəkən Tramp Şarm əl-Şeyxə xeyli gec çatacağını da xatırladıb: “ Oraya gedəcəyəm, amma çox gec. Mən ora çatana qədər onlar orada olmaya bilər. Amma biz yenə də cəhd edəcəyik”.

Çıxışı zamanı Netanyahudan danışan Tramp İsrail prezidenti İshak Hersoqa müraciət edib.

- Bəlkə siz onu əfv edəsiniz? Bu, mənim hazırladığım çıxışımda yox idi, amma mən bu adamı sevirəm. İstəsək də, istəməsək də - siqar və şampan – bu, ümumuiyyətlə, kimi narahat eməlidir ki?”, - Ağ Evin rəhbəri özünəməxsus qaydada söz atıb.

Amerika lideri bir saat davam edən çıxışını gurultulu alqışlarla İsrailə sevgi elanı ilə yekunlaşdırıb: “Mən İsraili sevirəm”.

İsrailin baş naziri Binyamin Netanyahu, öz növbəsində, girovların qaytarılmasında Donald Trampın müstəsna rolunu vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidentinin səyləri nəticəsində ərsəyə gəlmiş İsraillə HƏMAS arasındakı razılaşmaya əsasən, HƏMAS bu gün sağ qalmış israilli girovların hamısını azad edib. İsrail isə həbsxanalarda saxladığı fələstinliləri azadlığa buraxmağa başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:  



Xəbər lenti