Netanyahu Trampı təriflədi

Netanyahu Trampı təriflədi
  13 Oktyabr 2025    Oxunub:710
İsrail parlamentində – Knessetdə atəşkəs razılaşmasının əldə olunması prosesində vasitəçilik təşəbbüsünə həsr olunmuş xüsusi iclas keçirilib.
AzVision.az xəbər verir ki, iclasda ABŞ prezidenti Donald Tramp da iştirak edib.

Trampın çıxışından öncə İsrailin baş naziri Benyamin Netanyahu onun ünvanına yüksək təriflər səsləndirib.

Məlumata görə, Netanyahu bu sözləri sərf edib:

“Siz xalqımızın tarixində qalacaqsınız... Siz artıq bəşəriyyətin tarixinə yazılmısınız. Biz dostlarımızı unutmuruq və girovlarımızın azad edilməsində sizin mühüm və həlledici rolunuzu bilirik”.

Baş nazir əlavə edib ki, Donald Tramp ABŞ prezidentləri arasında İsrailin ən yaxşı dostudur.

“Heç bir amerikalı prezident İsrail üçün bu qədər iş görməyib”, - deyə Netanyahu bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti