Pakistan yenidən Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Pakistan yenidən Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb
  14 Oktyabr 2025    Oxunub:672
Pakistanın Baş naziri Şahbaz Şərif Şarm əl-Şeyxdə ekspromt çıxış edib və canlı efirdə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
AzVision.az xəbər verir ki, bu barədə Middle East Eye məlumat yayıb. Şərif bildirib ki, Tramp Hindistan və Pakistan arasındakı münaqişəyə və Qəzza zolağında İsrailin müharibəsinə son qoyduğuna görə Nobel mükafatına layiqdir.

Pakistanın Baş naziri ikinci dəfədir ki, Trampı mükafata namizəd göstərir. İyun ayında o, Hindistan-Pakistan münaqişəsinin gərginləşməsinə kömək etdiyi üçün ABŞ prezidentinin namizədliyini Sülh Mükafatına irəli sürüb. Bu qərar Pakistanda və beynəlxalq aləmdə mübahisələrə səbəb olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti