Milli Məclisin sədri Pakistan Prezidenti ilə görüşüb
Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət təsirləri qeyd olunaraq, bu mənada, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və Türkiyə qanunvericilik orqanlarının beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən, üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


