FT: “Aİ Trampın vəzifədən getməsini gözləyir”

      FT:    “Aİ Trampın  vəzifədən getməsini gözləyir”
  14 Oktyabr 2025    Oxunub:1445
Avropa İttifaqı (Aİ) Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra ABŞ ilə ticarət müqaviləsinin şərtlərinə yenidən baxmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Böyük Britaniyanın “Financial Times (FT)” nəşri bu barədə məlumat yayıb.

“Bu məsələ oktyabrın 14-də Aİ-yə üzv ölkələrin ticarət nazirlərinin Danimarkada Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviçin iştirakı ilə keçiriləcək iclasında qaldırıla bilər”, - qəzet yazır.

Politico: “Tramp Brüsselə təzyiq göstərib” | VİDEO
Nəşrin məlumatına görə, bir neçə ölkə uzadılmadığı təqdirdə müddəti bitdikdən sonra müqavilənin qüvvəsini dayandıracaq bəndin sazişə daxil edilməsində israrlıdır.
Diplomatlar Avropa Komissiyasının (AK) bu təşəbbüsü müzakirə etməyə hazır olduğunu bildirirlər.

- Lakin Trampın buna necə reaksiya verəcəyini hələ ki, bilmirik”, - nəşrin mənbələrindən biri izah edib.

Xatırladaq ki, iyulun 27-də ABŞ prezidenti Donald Tramp və AK-nin sədri Ursula fon der Lyayen ticarət tariflərini azaltmaq barədə razılığa gəliblər. Sazişə əsasən, avqustun 1-dən ABŞ Aİ-dən bütün idxalın təxminən 75%-nə 15%-lik rüsum tətbiq edəcək. Bunun qarşılığında Amerika mallarının Aİ-yə satışına tariflər qoyulmayacaq.

Bundan əlavə, AK Rusiyanın enerji resurslarının alınmasını tamamilə dayandıracağını və ABŞ-dən 750 milyard dollar dəyərində neft, qaz, nüvə yanacağı və avadanlıq alacağını, həmçinin Amerika iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağını vəd edib.

Yeri gəlmişkən, a vqustun sonunda “Reuters” agentliyi Brüsselin Vaşiqtonu ticarət sazişini ləğv etməklə hədələdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp     saziş  



Xəbər lenti