“Görüş faydalı idi” - Lavrovdan Soçi AÇIQLAMASI

“Görüş faydalı idi” - Lavrovdan Soçi AÇIQLAMASI
  11 Avqust 2014    Oxunub:3671
Soçi görüşündən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan prezidentləri Dağlıq Qarabağ məsələsi üzrə dialoqu davam etdirmək istəyini ifadə ediblər.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib. Üç dövlət başçısı görüş ərəfəsində Soçidə keçirilən döyüş sambosu üzrə beynəlxalq yarışlarına gəliblər.

"Görüş faydalı idi, yenidən prezidentlər öz sədaqətini prinsiplərə təsdiq etdilər, hansılar ki, yüksək səviyyədə həmsədr öləkələr tərəfindən, prezidentlərin səviyyəsində ifadə edilmişdir, və bu prinsiplər ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməyə hüququna hörmət ekmərlə sülh yanaşması əsasında həlli axtarmaq ehtiyacından ibarətdir", - Lavrov dedi.

"Prezidentlər dialoqu Ermənistanın və Azərbaycanın rəhbərliyinin səviyyəsində davam etməyə hazir olduqlarını ifadə etdilər və həmsədrlər ölkələrdən biri kimi Rusiya Federasiyası buna hər cür imkan yaradacaq", - Rusiya xarici siyasət idarəsinin başçısı əlavə edib.

Lavrovun sözlərinə görə, prezidentlərin səviyyəsində danışıqların gedişatı zamanı ATƏT-in və əlaqə qrupunun qərarlarının icrasına ehtiyac müzakirə edilirdi.

"Prezidentlər tərəfindən xarici işlər nazirlərinə bu işi razılaşmaya əsasən nizama salmanın praktik aspektlərinin uyğunlaşdırılması ilə paralel olaraq davam etməyə tapşırıq verilib", - Lavrov bildirib.(trend)


Teqlər:  





Xəbər lenti