Minsk qrupunun işinə dekabrda rəsmən xitam veriləcək

   Minsk qrupunun işinə dekabrda rəsmən xitam veriləcək
  14 Oktyabr 2025    Oxunub:687
“Bakı və İrəvanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq. Ümid edirik ki, bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib. O, Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışlayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvini tələb etmiş, Ermənistan isə buna razılıq vermişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti