Fələstin Prezidenti Rusiyaya gedəcək

   Fələstin Prezidenti Rusiyaya gedəcək
  14 Oktyabr 2025    Oxunub:1248
"Fələstin Prezidenti Mahmud Abbas istənilən vaxt Rusiyaya səfərə gəlməyə hazırdır. Bu səfər tezliklə baş tuta bilər".
Bu sözləri Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl "TASS" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, paytaxt Moskva şəhərində əvvəlcə təxirə salınmış Rusiya-Ərəb sammitinin gözlənilən səfər çərçivəsində keçirilməsi nəzərdə tutulur. Hərçənd diplomat səfərin dəqiq vaxtı, habelə onun kimlərlə görüşəcəyi ilə əlaqədar hər hansı təfərrüatı açıqlamayıb.

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp xəbəri şəxsən bölüşüb. Dünən isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, hadisə ilə əlaqədar Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fələstin   prezident   Rusiya   səfər  



Xəbər lenti