Əfqanıstan-Pakistan sərhədində döyüşlər şiddətlənib

Əfqanıstan-Pakistan sərhədində döyüşlər şiddətlənib
  15 Oktyabr 2025    Oxunub:823
Əfqanıstan və Pakistan arasında mübahisəli "Dürənd" sərhəd xətti boyunca döyüşlər yenidən şiddətlənib.
Əfqanıstanın "Tolo News" telekanalının xəbərinə əsasən, xüsusilə "Sepinbuldək-Çəmən" sərhəd-keçid məntəqəsində ciddi qarşıdurma qopub, ərazidə partlayışlar baş verib. Yerli sakinlərin məlumatına görə, toqquşmalar Pakistan hərbçilərinin Sepinbuldək şəhərini ağır silahlardan atəşə tutmaları, "Taliban" qüvvələrinin cavab atəşi açması ilə başlayıb.

Hadisə nəticəsində Əfqanıstan tərəfində 3 mülki sakin həyatını itirib, habelə bir neçə uşaq yaralanıb. Eyni zamanda, Pakistanda da itkilər meydana gəlib. Hərçənd hər iki tərəf toqquşma ilə əlaqədar hələlik rəsmi açıqlama yaymayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Əfqanıstan   Pakistan   sərhəd   toqquşma  



Xəbər lenti