Kobaxidze ATƏT-in sədri ilə görüşməyib

   Kobaxidze ATƏT-in sədri ilə görüşməyib
  15 Oktyabr 2025    Oxunub:1097
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu ölkəyə səfərə gəlmiş ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın Xarici İşlər naziri Elina Valtonenlə görüşü ləğv edib.
AzVision.az xəbər verir ki, Gürcüstan hökumətinin bəyanatında belə deyilir.

“Görüşün ləğvi barədə qərar Elina Valtonenin qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar yayması səbəbindən qəbul olunub”, - xəbərdə vurğulanır.

Xatırladaq ki, Elina Valtonen oktyabrın 14-də Gürcüstana gəlib və orada əvvəlcə Xarici İşlər naziri Maka Boçorişvili ilə görüşdükdən sonra Tbilisidə keçirilən mitinqdə iştirak edib və burada etirazçılarla danışıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   ATƏT   görüş  



Xəbər lenti