Suriya prezidenti Rusiya ilə münasibətləri şərh edib
“Suriya indi Rusiya və Çinlə strateji maraqlara əsaslanan dinc münasibətlər qurub. Bizim Rusiya ilə münasibətlərimiz Qərb və ABŞ ilə əlaqələrimizə zidd deyil. Dəməşqin yeni hakimiyyət orqanları Moskva və Pekindən “müsbət siqnallar” alıb”, - Suriya lideri bildirib.
Xatırladaq ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin Moskvaya işgüzar səfərə gələcək Əl-Şaraa ilə danışıqlar aparacaq.
- Danşıqlarda Rusiya-Suriya əməkdaşlığının siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə hazırkı vəziyyətinin və inkişaf perspektivlərinin, həmçinin Yaxın Şərqdə baş verən son hadisələrin müzakirə olunacağı planlaşdırılır”, - xəbərdə deyilir.
Bu, Əhməd Əl-Şaraanın Rusiyaya ilk səfəri olacaq. 2024-cü ilin sonunda Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ilin fevralında Moskva ilə Dəməşq arasında ilk yüksək səviyyəli şifahi təmas baş tutub.
Onda telefon danışığı zamanı Putin və Əl-Şaraa ölkədəki vəziyyəti müzakirə ediblər. Rusiya lideri Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyərək, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasında Dəməşqə yardımı davam etdirməyə hazır olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


