Rusiyanın ABŞ-də casusluq fəaliyyəti güclənib

   Rusiyanın ABŞ-də casusluq fəaliyyəti güclənib
  16 Oktyabr 2025    Oxunub:659
Son zamanlar ABŞ-də Rusiya kəşfiyyatının fəaliyyətinə qarşı mübarizə ilə bağlı işlərin sayı 33% artıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel prezident Donald Trampla Ağ Evdə Amerika hüquq-mühafizə orqanlarının canlandırılmasına həsr olunmuş birgə mətbuat konfransında belə statistika açıqlayıb.

“Biz əsas tərəfdaşlarımız olan Çin, Rusiya və İranın kəşfiyyat fəaliyyətinin qarşısını alırıq. Təkcə Çinə münasibətdə həbslərin və mühakimə olunanların (şübhəlilərin) sayında 50%-dən çox artım müşahidə etmişik. İran kəşfiyyatı üzrə işlərdə 50% artım var. Rusiya kəşfiyyatı ilə bağlı işlərdə isə 33% artım qeydə alınıb”, - FTB-nin direktoru bildirib.

Tramp Venesuelanı bombalamağa hazırlaşır?
Bununla belə, Keş Patel ABŞ əks-kəşfiyyatının fəaliyyəti ilə bağlı heç bir təfərrüat açıqlamayıb.

Xatırladaq ki, sözügedən mətbuat konfrnasında Amerika lideri Donald Tramp narkotik kartelinin fəaliyyəti ilə bağlı ABŞ ordusunun Venesuelada yerüstü hədəflərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   casusluq  



Xəbər lenti