İrəvan Aİ-yə hərbi attaşe göndərib

   İrəvan Aİ-yə hərbi attaşe göndərib
  16 Oktyabr 2025    Oxunub:705
(Foto: Ermənistanın Aİ yanında missiyasının rəhbəri Tiqran Balayan, Aİ-nin Hərbi Komitəsinin sədri general Şon Klansi və İrəvanın Aİ-də ilk hərbi attaşesi Vardan Ovakimyan)

Ermənistan hökuməti Avropa İttifaqına (Aİ), həmçinin Belçikaya hərbi attaşe təyinatı həyata keçirib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Vardan Ovakimyan 2027-ci ilin avqustunadək ölkənin Aİ və Belçikada müdafiə attaşesi vəzifəsini yerinə yetirəcək. Adıçəkilən şəxs hazırda, eyni zamanda, İrəvanın NATO alyansında hərbi attaşesidir.

Oktyabrın 13-də Ermənistanın Belçikadakı səfiri, Aİ yanında missiyanın rəhbəri Tiqran Balayan ilə Aİ-nin Hərbi Komitəsinin sədri general Şon Klansi arasında görüşdə ölkənin ittifaqda ilk hərbi attaşesi ilə tanışlıq da baş tutub. Səfir vurğulayıb ki, bu təyinat Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdiyini, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın artdığını göstərir.

Xatıradaq ki, Nikol Paşinyan hələ iyul ayında Fransaya da hərbi attaşe göndərmiş, bu vəzifəyə Artur Aznavuryan seçilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan     hərbi-attaşe   təyinat  



Xəbər lenti