“Mən Kopenhagendəki görüşümüzdən və təmaslarımızın ümumi nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından və danışıqlarının nəticələrindən məmnundur”, - Paşinyan vurğulayıb.
|
| Prezident Kopenhagendə Zirvə toplantısında iştirak edib I YENİLƏNİB |
Avropa Siyasi Birliyi təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


