Hakan Fidan Rubio ilə Qəzza və Suriyadakı prosesləri müzakirə edib
Bildirilib ki, telefon danışığı zamanı Qəzzada atəşkəsin qorunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar müzakirə edilib.
Həmçinin, Şarm əş-Şeyxdə imzalanmış Niyyət Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Bundan başqa, Suriyadakı proseslər, İranın nüvə proqramı ilə bağlı danışıqlara dair məsələlər, Rusiya ilə Ukrayna arasında müharibənin gedişi ilə bağlı da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


