Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb

Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb
  16 Oktyabr 2025    Oxunub:487
AzVision.az xəbər verir ki, bu barədə “24News” məlumat yayıb.

İlkin məlumatlara görə, onun saxlanılmasına son zamanlar sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımları səbəb olub.

Vəkil "Müqəddəs mübarizə" hərəkatının üzvlərinin məhkəməsinin keçirildiyi binanın qarşısından Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.

Qeyd edək ki, Aleksandr Koçubayev sabiq prezident Robert Koçaryanın oğlu Levonun vəkili olub.

AzVision.az





Teqlər:



Xəbər lenti