Vens: "Sülhdən söhbət gedə bilməz"

    Vens:    "Sülhdən söhbət gedə bilməz"
  17 Oktyabr 2025    Oxunub:1046
"Prezident Donald Trampın güclü diplomatiyasına baxmayaraq, Ukrayna və Rusiya sülh sazişi bağlamağa hazır deyillər".
Bu sözləri ABŞ-nin vitse-prezidenti C.D.Vens "Newsmax" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, aylarla aparılan danışıqlar müharibənin başa çatması üçün hər hansı fayda gətirməyib.

"Çünki tərəflər, belə görünür ki, sülh istəmirlər. Bu baxımdan Donald Trampın bütün cəhdləri nəticəsiz qalıb. Məsələnin həlli məhz Moskva və Kiyevin bilavasitə razılığa gəlmələrindən asılıdır, ancaq belə bir razılaşma hazırda qeyri-mümkündür", – deyən vitse-prezident "vasitəçilik səylərinin, hər halda, dayandırılmayacağını" diqqətə çatdırıb.

C.D.Vensin sözlərinə görə, müharibənin sülh yolu ilə həlli mümkündür, ancaq bu məqsədlə hələ "çox çalışmaq" lazımdır. Onun fikrincə, Rusiya Ordusunun döyüş meydanında "inadkarlığı" danışıqların nəticəyə varmasında əsas maneədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   müharibə   danışıqlar  



Xəbər lenti