Yeni Zelandiya İrana qarşı sanksiyalar irəli sürüb

   Yeni Zelandiya İrana qarşı sanksiyalar irəli sürüb
  17 Oktyabr 2025    Oxunub:1012
"Sanksiyaların bərpası İranın uranın zənginləşdirilməsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar beynəlxalq ictimaiyyətin dərin narahatlığını vurğulayır".
Bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi nazir Vinston Pitersin adından bəyanat yayıb. Bəyanatda diqqətə çatdırılıb ki, rəsmi Vellinqton nüvə silahının qarşısının alınması istiqamətində diplomatik səyləri dəstəkləyir:

"İranı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə danışıqlara və əməkdaşlığa yenidən başlamağa çağırırıq".

Məlumata əsasən, İrana qarşı maliyyə məhdudiyyətlərini, o cümlədən aktivlərin dondurulmasını, müəyyən malların ixracını və Tehran nümayəndələrinin Yeni Zelandiyaya giriş qadağasını əhatələyən sanksiyalar sabah qüvvəyə minəcək.

"İran şirkətləri ilə iş görmək istəyən Yeni Zelandiya vətəndaşları isə 2026-cı il fevralın 1-dən məcburi dövlət qeydiyyatından keçməlidirlər", – məlumatda bildirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yeni-Zelandiya   İran   sanksiya  



Xəbər lenti