Zelenski: “Rusiya Avropanı ABŞ-yə uduzdu”

   Zelenski:    “Rusiya Avropanı ABŞ-yə uduzdu”
  20 Oktyabr 2025    Oxunub:877
Rusiya enerji resurslarını Avropaya satmaq imkanını itirib və indi ABŞ bu yeri dolduraraq Ukraynaya investisiyalar qoymağı planlaşdırır.
AzVision.az “UNİAN” agentliyinə sitinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə deyib.

“Amerikalılar onsuz da Rusiya qazını Avropadan tamamilə sıxışdırıb çıxaracaqlar. Biz başa düşməliyik ki, bu və ya digər razılaşmalara baxmayaraq, Rusiya Avropanı amerikalılara uduzdu. Ukrayna da bu prosesə töhfə verib”, - Ukrayna lideri qeyd edib.

Sentyabrın sonunda Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) 2027-ci ilə qədər Rusiyanın enerji idxalına “daimi” qadağa qoyacağını açıqlayıb. Xanım Lyayen Aİ və ABŞ-nin “Rusiyanın ənənəvi yanacaq gəlirlərini tez bir zamanda kəsmək” planları barədə razılığa gəldiyini bildirib.

AK sədri: “Moskva və Pekin bayram edəcəkdilər”
Xatırladaq ki, iyulun 27-də Amerika lideri Donald Trampın AK sədri Ursula fon der Lyayenlə görüşündən sonra Aİ-nin ABŞ-dən həmçinin mayeləşdirilmiş təbii qaz, nüvə yanacağı və silah almağı öhdəsinə götürdüyü açıqlanıb. Razılaşma Aİ-nin Amerikadan 750 milyard dollarlıq - Trampın prezidentliyinin sonuna qədər hər il 250 milyard dollar - enerjidaşıyıcıları alması və yeni ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına əlavə 600 milyard dollar sərmayə yatırması öhdəliyini ehtiva edir.

Bununla belə, Macarıstanın baş naziri Viktor Orban, ABŞ prezidenti Donald Trampın tələblərinə baxmayaraq, Budapeştin Rusiyadan ənənəvi enerjidaşıyıcıları almağa davam edəcəyini və Rusiyanın enerji təchizatının kəsilməsinin öz ölkəsinin iqtisadiyyatı üçün “fəlakət” olacağını respublikaçıya çatdırdığını bildirib.

Macarıstanın baş naziri həmçinin Ursula fon der Lyayeni sözügedən müqaviləyə görə sərt tənqid edərək , AK sədrinin Amerika qarşısında səlahiyyətinə aid olmayan öhdəliklər götürdüyünü vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Avropa  



Xəbər lenti