Mixalkovun dostu Putinə verdiyi sözə əməl etmir
“Onun dostlarından biri orada mənim üstümə qırmızı şərab tökdü. O, çox üzr istədi və dedi ki, içkini tamamilə dayandıracaq. Amma bildiyimə görə, o, sözünün üstündə durmadı və içməkdə davam edir. Amma, mən bildiyim qədər, ağlabatan çərçivələr daxilində”, - Vladimir Putin bildirib.
Rusiya prezidenti həm də Mixalkovu sözün dərin, mənalı və fəlsəfi mənasında əsl rus vətənpərvəri olduğunu iddia edib. Putinin sözlərinə görə, onun rejissorla münasibətində “kimya var”.
İyul ayında Nikita Mixalkov yalnız öz ölkəsini aşağılayacaq Rusiya filmlərinin “Oskar” mükafatı ala biləcəyini edib. Onun sözlərinə görə, məhz bu baxımdan da, Rusiya öz filmlərini bu mükafata təqdim etməməlidir.
Eyni zamanda, Mixalkov iddia edib ki, onun “Günəşdən yorulanlar” filmi “Oskar” mükafatını münsiflər heyətinin filmləri siyasi prizmadan yox, sənət əsəri kimi qiymətləndirdiyi bir vaxtda alıb.
Əslində, Nikita Mixalkov “Günəşdən yorulanlar” filminin “Oskar” mükafatına sırf sənət əsəri kimi layiq görülməsi iddiası həqiqətdən çox uzaqdır. Həmin filmin münsiflər heyəti tərəfindən qiymətləndirilməsində əsas səbəb kinorejissor və baş rollardan birini oynayan Mixalkovun SSRİ-nin siyasi rəhbərliyinin və hüquq-mühafizə orqanlarının cinayətləri mövzusunu qaldırmasıdır. Özü də bir sıra məqamlarda ciddi şəkildə ifrata varmaqla.
Maraqlıdır ki, hazırda məşhur rusiyalı kinorejissor SSRİ-nin, xüsusilə də ərazi məsələsində, ən qatı adeptlərindən birinə çevrilib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


