Kallas: "Gürcüstan hakimiyyətinin addımları Aİ dəyərlərinə ziddir"
O, Gürcüstan hakimiyyətinin azad media, vətəndaş cəmiyyəti və etirazçılara qarşı atdığı addımların Avropa İttifaqında dəyər verilən bütün qayda və prinsiplərlə ziddiyyət təşkil etdiyini vurğulayıb.
K.Kallas qeyd edib ki, Aİ xarici işlər nazirləri Gürcüstanda qanunun aliliyi və insan haqları ilə bağlı vəziyyətin pisləşməkdə davam etməsindən narahatdırlar və Aİ səfirlərinə hücumları qəbuledilməz hesab edirlər.
Ali nümayəndə əlavə edib ki, Avropa Komissiyası vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı hesabatı bu ilin sonunda təqdim edəcək.
“Yeni tənzimləmələr bu ilin noyabrında qüvvəyə minəcək və bizə müəyyən qruplar üçün vizasız rejimi ləğv etməyə imkan verəcək”.
Qeyd edək ki, oktyabrın 7-də Avropa Parlamenti Aİ-yə üzv olmayan Gürcüstan da daxil olmaqla 61 ölkə üçün vizasız rejimin dayandırılmasını sadələşdirəcək qanun layihəsini dəstəkləyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


