Yeni Şafak: “Suriya Türkiyədən silah alacaq”

      Yeni Şafak:    “Suriya Türkiyədən silah alacaq”
  20 Oktyabr 2025    Oxunub:789
Suriya terror təhdidlərindən və İsrailin mümkün hücumlarından qorunmaq üçün Türkiyədən silah, o cümlədən çoxlaylı hava hücumundan müdafiə (HHM) sistemləri almaq niyyətindədir.
AzVision.az xəbər verir ki, Türkiyənin hökumətyönlü “Yeni Şafak” nəşrinin məlumatına görə, sövdələşmənin maliyyələşdirilməsi Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin iştirakı ilə Suriya üçün xüsusi fond vasitəsilə təmin edilə bilər.

“Suriyanın müvəqqəti hakimiyyət orqanları HHM sistemləri, zirehli texnika, PUA və modernləşdirilmiş artilleriya sistemlərinin satışıüçün Türkiyəyə müraciət edib. Bu zaman Türkiyənin hərbi yardımının bir hissəsi kimim silah verməsi yox, silahların rəsmi satışı nəzərdə tutulur. Terrorçuların və İsrailin təhdidlərinə qarşı öz müdafiəsini gücləndirmək üçün Suriyanın silahlara ehtiyacı var”, - qəzet yazır.

Bu kontekstdə prioritet vəzifə “ölkənin şimal hissəsini əhatə edən laylı eşalonlaşdırılmış HHM sisteminin yaradılması”dır. Ötən həftə Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Gərgünün Dəməşqə səfəri çərçivəsində bu məsələlər birbaşa müzakirə olunub.

Reuters: “Dəməşq İsrailə qarşı Rusiyanı çağırır”
Ankara ilə Dəməşq arasında belə razılaşmanın maliyyələşdirilməsi həmçinin KƏŞ tərəfindən də təmin edilə bilər. Şura üzvləri daha əvvəl Suriyanın bərpası üçün inkişafa və müdafiə sənayesinə investisiyaların dəstəklənməsinə yönələcək fond yaratmaq qərarına gəliblər.

İyul ayında Suriya Müdafiə nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti İstanbulda keçirilən IDEF-2025 müdafiə sənayesi sərgisində olub.

Suriya tərəfi Türkiyə Hərbi Dəniz Akademiyasında keçirilən brifinqdə iştirak edib, respublikanın təcrübəsi ilə tanış olub, görüşlər zamanı komanda-idarəetmə infrastrukturu və HHM arxitekturasına dair məlumat alıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Reuters” agentliyi Suriya liderinin hərbsizləşdirilmiş zonanı genişləndirmək yönündə İsrailin təzyiqlərinə qarşı çıxmaq üçün Moskvadan dəstək axtardığını yazıb.

Bununla belə, suriyalı mənbələrə istinad edən Ukraynanın “Militar” portalı bildirib ki, Dəməşq Rusiya və Suriya hakimiyyət orqanlarının imzaladığı müqavilələri dayandırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Suriya   Türkiyə   silah  



Xəbər lenti