Yaponiya tarixində ilk I Qadın baş nazir olacaq

   Yaponiya tarixində ilk I  Qadın baş nazir olacaq
  21 Oktyabr 2025    Oxunub:781
Yaponiya parlamentinin aşağı palatasının deputatları oktyabrın 21-də Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sədri Sanae Takaitini səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçiblər.
AzVision.az xəbər verir ki, 465 deputatdan 237-si Takaitiyə səs verib. Onun əsas rəqibi - Konstitusiyalı Demokratik Partiyanın lideri Yosihiko Noda 149 səs toplayıb.

Parlamentin aşağı palatasından sonra yuxarı palata da Takaiçi Sanaeni ölkənin Baş naziri vəzifəsinə seçib. Beləliklə, Yaponiya tarixində ilk dəfə olaraq hökumətə qadın rəhbərlik edəcək.

Bundan sonra Sanae Takaiti gün ərzində yeni hökuməti formalaşdıracaq. Yaponiya mətbuatının yazdığına görə, 2019-2021-ci illərdə bu vəzifədə olan Tosimitsu Moteqinin xarici işlər naziri olacağı gözlənilir. Moteqi LDP seçkilərində Takaitinin rəqiblərindən biri idi.

Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşibanın hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamasından sonra oktyabrın 4-də keçirilən seçkidə Takaiçi Sanae partiyanın sədri seçilib. Amma Komeito partiyasının LDP ilə 26 illik koalisiyasına son qoymasından sonra hakim partiyanın sədrinin parlamentdə Baş nazir seçilməsi üçün çətinlik yaranmışdı. Danışıqlar nəticəsində LDP ilə müxalifətin əsas siyasi gücü olan Yaponiya İnnovasiya Partiyası (JIP) arasında koalisiya hökuməti qurmaq barədə razılıq əldə olunub. Bu razılıq LDP lideri Takaiçi Sanaenin ölkənin ilk qadın Baş naziri olmasına zəmin yaradıb.

AzVision.az


Teqlər:



Xəbər lenti