Qazaxıstan öz internet şəbəkəsini qurur

   Qazaxıstan öz internet şəbəkəsini qurur
  21 Oktyabr 2025    Oxunub:589
Qazaxıstan hökuməti ölkənin bütün şəhərlərində vahid, təhlükəsiz internetə çıxış imkanı verən milli "Wi-Fi" operatorunu işə salmağı nəzərdən keçirir.
Bu barədə Qazaxıstan Nazirlər Kabinetinin iclasında məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində internet şəbəkəsinin əsasən ictimai əhəmiyyətli nöqtələrdə: məktəblər, tibb müəssisələri, hava limanları, vağzallar və sərhəd məntəqələrin də quraşdırılması planlaşdırılır.

Ölkənin "Freedom Telecom Operations" şirkətinin rəhbəri Kayrat Axmetov söyləyib ki, belə bir infrastruktur süni intellektə (Sİ) əsaslanan rəqəmsal xidmətlər və həllərin inkişafı üçün platformaya çevriləcək, gələcəkdə isə Qazaxıstanın "Sİ iqtisadiyyatı"nın formalaşmasına təkan verəcək.

Məlumata görə, layihənin ilkin mərhələsində internet şəbəkəsi 10 şəhər üzrə 400 məntəqədə quraşdırılacaq. 2026-cı ilədək bu məntəqələrin sayının 10 minə, 2027-ci ilədək isə 20 minə çatdırılması nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   internet    



Xəbər lenti