Trampın bir sıra müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens, xüsusi elçi Stiven Uitkoff və prezidentin müşaviri Cared Kuşner İsrailin baş nazirini HƏMAS ilə münaqişəni daha da gərginləşdirməkdən çəkinməyə inandırmağa çalışırlar.
“Vaşinqton hesab edir ki, tammiqyaslı hücum əldə olunmuş razılaşmaları poza və atəşkəs rejiminin möhkəmləndirilməsi səylərinə zərbə vura bilər. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Qəzzada zorakılıqların davam edəcəyi təqdirdə İsrail qüvvələrinə HƏMAS-ın “kökünü kəsməyə” icazə verəcəyi barədə xəbərdarlıq ünvünlayıb”, - qəzet yazır.
|
| İsrai-HƏMAS razılaşması | detallar |
İsrail və HƏMAS arasında atəşkəs müvafiq razılaşmanın imzalanmasından sonra oktyabrın 10-da qüvvəyə minib.
Lakin oktyabrın 18-də “mötəbər məlumatlara” istinad edən ABŞ-nin Dövlət departamenti HƏMAS-ın Qəzzalılara hücumlar planlaşdırdığını açıqlayaraq, bunun “atəşkəs razılaşmasının birbaşa və ciddi şəkildə pozulması” olacağını bildirib.
Vaşinqtonun ittihamlarını rədd edən HƏMAS, öz növbəsində diqqətə çatdırıb ki, “Qəzza zolağında cinayətkar silahlı dəstələri yaradan, silahlandıran və maliyyələşdirən” məhz İsraildir.
Eyni zamanda İsrail ordusu (ÇAXAL) Qəzzada Rəfah şəhərinə hava zərbələri endirib ki, “The Times of Israel” nəşri bunu İsrail qüvvələrinə qarşı hücuma cavab kimi qiymətləndirib. Netanyahu Qəzza zolağımdakı terror hədəflərinə qarşı qətiyyətli tədbirlər görülməsi əmrini verib.
Qəzzaya endirilən zərbələrə baxmayaraq, ABŞ prezidenti oktybarın 20-də İsraillə HƏMAS arasında atəşkəsin hələ də qüvvədə olduğunu bəyan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


