“Məni Çinə dəvət ediblər, gələn ilin əvvəlində ora gedəcəyəm. Demək olar ki, bu barədə razılığa gəlmişik”, - Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albaneze ilə görüşdən əvvəl Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
|
| ABŞ və Çin yenidən sanksiyalara əl atıblar |
- Əvvəla, hərbi güc baxımından ABŞ hazırda dünyanın ən qüdrətli dövlətidir. Onun tayı-bərabəri, hətta yaxını belə yoxdur. Bizdə ən yaxşı silahlar var. Bizdə hər şeyin ən yaxşısı var və heç kim bununla zarafat etmək istəməz. Çinin sədri Si Cinpinin isə ümumiyyətlə bu fikirdə olduğunu görmürəm. Düşünürəm ki, Tayvan məsələsində çox yaxşı anlaşacağıq”, - Ağ Evin rəhbəri vurğulayıb.
Xatırladaq ki, son vaxtlar Çinlə ABŞ arasında rüsumların artırılması problemi yenidən aktuallaşıb.
Eyni zamanda, Ağ Evdə argentinalı həmkarı Havyer Milleylə görüşündə jurnalistlərin suallarını cavablandırarkən ABŞ prezidenti Donald Tramp bildirib ki, Pekinlə münasibətlərində Vaşinqton ehtiyatlı davranmalıdır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


