Tokayev: Qazaxıstan və Azərbaycan qardaş xalqlar və millətlərdir

      Tokayev:    Qazaxıstan və Azərbaycan qardaş xalqlar və millətlərdir
  21 Oktyabr 2025    Oxunub:714
Mübaliğəsiz əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir.
AzVision.az -ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.

"Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir"- deyə, o bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti