Bessent: “Vaşinqton G7-yə ümid edir”
“Almaniyanın vitse-kansleri və Maliyyə naziri Lars Klinqbeyllə danışıqlar zamanı Bessent ABŞ prezidenti Donald Trampın administrasiyasının Avropanın bu prosesdə fəal iştirakını gözlədiyini vurğulayıb. O, həmçinin BMT-nin reaksiyasından sonra İrana qarşı mümkün əlavə sanksiyalar məsələsində Vaşinqtonun Almaniya və avropalı tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib”, - ABŞ Maliyyə nazirliyinin yaydığı məlumatda qeyd edilir.
Xatırladaq ki, oktyabrın əvvəlində G7-nin maliyyə nazirləri Rusiyaya təzyiq göstərmək üçün səylərini birləşdirməyə razılaşıblar. Birgə bəyanatda qeyd olunub ki, G7 ölkələri “ Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün geniş seçim variantları” hazırlayır.
- Digər məsələlərlə yanaşı, bu tədbirlərə yurisdiksiyalarımızda bloklanmış bütün Rusiya aktivlərinin koordinasiyalı istifadəsi daxildir”, - sənəddə deyilir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ G7 gözləntilər







Vaxtında, Aydın, Lazımlı!


